Misir prezidenti Münxendəki çıxışı zamanı "erməni soyqırımı”ndan bəhs edib. Abdel Fəttah əs-Sisi Almaniyada təhlükəsizlik və beynəlxalq təhlükəsizlik üzrə keçirilən tədbirdə çıxışında erməniləri misal gətirərək insanların başına gələn bəlalardan danışıb.
Sfera.az xəbər verir ki, "O çıxışında konkret "erməni soyqırımı”ndan danışmasa da Misir tərəfinin bu sahədə artıq fərqli yanaşdığını göstərir”.
Bunu Misirdə yerləşən "Aydat” erməni komitəsinin mətbuat komitəsinin açıqlamasında deyilir. Həmçinin qeyd olunur ki, Sisinin bu çıxışı "erməni soyqırımı”nın Misir tərəfindən gələcəkdə qəbulu məsələsində ilk addımdı.
Misir parlamentinin deputatı Tarek Əl-Xuli "erməni soyqrımı”nın tanınması barədə məsələ qaldırıb.