Ermənistan Milli Təhlükəsizlik Nazirliyi ölkənin sabiq prezident Robert Köçəryanın oğlu Sedrik Köçəryana məxsus olan şirkətlərdə axtarış aparıb.
Sfera.az xəbər verir ki, Köçəryanın oğlu 5 milyon dollardan vəsaiti qanunsuz olaraq ölkədən çıxarmaqda günahlandırılır.
Bu səhər isə Sedrik Köçəryan Ermənistan Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilib. Ona məxsus olan İravanın mərkəzindəki "Best Western Congress Hotel”də də axtarış aparılıb.
Ermənistan Milli Təhlükəsizlik Nazirliyi Sedrak Köçəryana məxsus şirkətin direktoru Aleksan Vorskanyanı da həbs edib. İki gün öncə həbs edilən Vorskanyan qanunsuz pul köçürmələri etdiklərini etiraf edib.