Sfera.az xəbər verir ki, siyasətçi "Canale 5" telekanalında çıxışında bəzi həmvətənlərini təhqir edib.
"Berluskoniyə nə qədər insan səs verir? Yüz nəfərdən beş və ya altı nəfər. Buna görə utanıram. Demək olar ki, bütün italiyalılar dəli olublar. Onlar öz başlarını hara "böldülər"?", - deyə 82 yaşlı siyasətçi bildirib.
Siyasətçi həmçinin qeyd edib ki, o, (hakimiyyətdə olarkən -red) vergiləri azaldıb, İtaliyann dünyadakı rolu təmin edib, iş yerləri yaradıb.
O, həmçinin bildirib ki, mayda Avropa Parlamentinə keçiriləcək seçkilərdə iştirak edəcək. Siyasətçinin fikrincə, Avropa Birliyi ciddi dəyişiklikləri tələb edir.
İtaliyanın sabiq baş naziri daha əvvəl də may ayında Avropa Parlamentinə keçiriləcək seçkilərdə namizədliyini irəli sürmək fikrində olduğunu bildirib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man