Çin Türkiyə ilə əlaqələri kəsir – Diplomatik qalmaqal

Dünya 11 Fevral 2019 | 16:05
OXUNUB: 2820

Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin guya uyğurlar üçün "həbs düşərgələrinin" olmasına görə bəyanatı iyrəncdir. Biz bununla bağlı artıq Türkiyə tərəfinə təqdimat vermişik. Bunu Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xua Çunin bildirib.

Çin XİN-in rəsmi nümayəndəsi, həmçinin Türkiyə XİN-in guya məşhur uyğur şairi Abdurrəhim Heyitanın ölümünə dair bəyanatın yalan olduğunu bildirərək, onun sağ-salamat olduğunu qeyd edib.

 

Qeyd edək ki, ötən gün Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy Çini etnik uyğurların hüquqlarına hörmət etməyə və onların məcburi saxlanılması üçün yaradılan düşərgələri bağlamağa çağırıb. Aksoy XXI əsrdə yenidən "həbs düşərgələrinin" meydana gəlməsini bəşəriyyət üçün utancverici fakt adlandırıb.

 

BMT-nin irqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin ötən il yaydığı məlumata görə, Çində 2 milyon uyğur türkü, müsəlman azlıqlar etnik və ideoloji fərqliliklərinə görə siyasi həbs düşərgələrində saxlanılır.

 

Çindəki uyğur və müsəlmanlara sırf etnik-ideoloji kimliklərinə görə "dövlətin düşməni" kimi rəftar olunur, onların dövlət tərəfindən hüquqi mühafizəsi təşkil edilmir və dini azadlıq verilmir.

 

Komitənin üzvü Qay MakDuqall məruzə edib ki, Misir və Türkiyə kimi ölkələrdə təhsil alıb, Çinə dönən 100-dən çox uyğur tələbə dərhal həbs olunub və çoxu da həbsxanada nəzarət altında saxlanılarkən ölüb. Lakin Cenevrə iclasında iştirak edən 50 nəfərdən ibarət Çin nümayəndə heyəti xanım diplomatın iradlarına heç bir reaksiya verməyib.

 

Çin rəhbərliyi bundan əvvəl iddia etmişdi ki, Çinin qərbində yerləşən SUMV-dəki silahlı müsəlmanlar və separatçılar regionda yerləşən uyğur etnik azlığı ilə bölgədə çoxluq təşkil edən Çinin Han etnik qrupu arasında gərginliyi artırmağa və silahlı hücumlar təşkil etməyə çalışırlar.sputnik

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man