Tramp və Kim Çenin görüşdükdən sonra hərbi planları var

Dünya 08 Fevral 2019 | 18:27
OXUNUB: 2975
Rəsmi Seul və Vaşinqton ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında fevralın 27-28-də keçirilməsi planlaşdırılan ikinci sammit başa çatdıqdan sonra birgə hərbi manevrlərin keçirilməsi planlarını açıqlamaqla bağlı razılaşıblar.

Bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyinə hökumətdəki mənbə məlumat verib.

Onun sözlərinə görə, "Key Resolve" komando-qərargah təlimlərinin ilkin olaraq martın 4-də başlanılacağı planlaşdırılır.

Mənbə qeyd edib ki, təlimlərin keçirilməsinin tarixinin elan olunmasının təxirə salınması sammitdən əvvəl əlavə narahatedici amillər yaratmamaq istəyi ilə bağlıdır.

Daha əvvəl Cənubi Koreya KİV "Key Resolve" komando-qərargah təlimlərinin və "Foal Eagle" sahə manevrlərinin bu il kiçildilmiş miqyasda keçirilə biləcəyini yazıb.

ABŞ Prezidenti Donald Tramp fevralın 5-də açıqlayıb ki, fevralın 27-28-də Vyetnamda Kim Çen In ilə görüşəcək. Ancaq, o, sammitin hansı şəhərdə olacağını söyləməyib.

ABŞ və KXDR liderlərinin tarixdəki ilk sammiti 2018-ci il iyunun 12-də Sinqapurda keçirilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man