Keçmiş baş nazirin oğlunun 650 milyonluq sərvəti müsadirə edilir –Britaniya məhkəməsindən sensasiyalı qərar

Dünya 08 Fevral 2019 | 09:54
OXUNUB: 2547
Britaniya məhkəməsi Moldovanın keçmiş baş naziri Vladimir Filatın oğlunun hesablarında olan 650 milyon dolların müsadirəsi barədə qərar qəbul edib. Bundan əvvəl Luca Filatla bağlı işi Britaniya Milli Cinayət Agentliyinin (NCA) xəfiyyələri aparırdılar.

NCA fevralın 7-də verdiyi bəyanatda bildirir ki, Luca Filat Qərbi Londondakı dəbdəbəli mülkün kirayəsi üçün əvvəlcədən ödədiyi 500 min dolları atasının "qanunsuz fəaliyyəti nəticəsində” əldə edib.

Vladimir Filat Moldova banklarından 2009 və 2013-cü illər arasında 1 milyard dolların yoxa çıxması ilə bağlı 2016-cı ildə məhkum edildikdən sonra hazırda 9 illik həbsxana cəzası çəkir.

İtən vəsait Moldovanın bir dövlət kimi ÜDM-nin 10 faizi deməkdir.

22 yaşlı Luca Filatın polisin diqqətini cəlb etməsinə onun dəbdəbəli həyat tərzi səbəb olub. O 2016-cı ildə təhsil almaq üçün Londona köçəndən bəri dəyəri 259 min dollar olan Bently də daxil bahalı mal və xidmətlərə əhəmiyyətli məbləğlər xərcləyirdi. NCA bidlirir ki, Britaniyada heç bir qeydiyyatlı gəliri olmayan Luca Filatın üç bank hesabına, əsasən Türkiyə və Kayman adalarındakı şirkətlərdən böyük vəsaitlər daxil olurdu.

2018-ci ilin mayından bəri bu işin polis təhqiqatına başlanması ilə əlaqədar həmin hesablar dondurulmuşdu. Britaniya məhkəməsi fevralın 7-də sözü gedən dondurulmuş hesablardakı vəsaitin müsadirəsi barədə hökm çıxarıb.

Hakim Miçel Snov deyib ki, bu vəsaitlərin mənşəyinin Moldovada törədilmiş cinayət əməli olduğu tamamilə sübuta yetirilib.

Britaniyada mənzillənmiş "Global Witness” antikorrupsiya qeyri-hökumət təşkilatı indi də Britaniya Milli Cinayət Agentliyini Luca Filatın hesabına milyonlar oturdan qurumların təhqiqatına çağırıb.

Təşkilatın nümayəndəsi Ava Lee bu barədə deyib:

"Milli Cinayət Agentliyi indi bankı, universiteti, ev kirayəsi agentini və maşın satan şirkəti sorğu-sual etməlidir ki, bu şübhəli pul xərcləyən və onun Kayman adasındakı şirkətləri barədə lazımi məlumatı niyə tələb etməyiblər”.

Britaniyada xaricilərin bank hesablarının dondurulmasına imkan verən 2017-ci il Cinayət Aktının tətbiqinə İzaholunmaz Sərvət Qanununun qəbulu ilə eyni vaxtda başlanıb. İzaholunmaz Sərvət Qanunu və ya ingiliscə qısa adı UWO olan qanunvericilik aktı polisə korrupsiyada şübhəli bilinən xarici rəsmilərin və ya onların ailə üzvlərinin sərvətinin araşdırılması səlahiyyəti verir.

Britaniya məhkəmələri legitim mənşəyi məlum olmayan belə sərvətin müsadirəsi barədə qərarlar çıxara bilər. 
(Azadlıq radiosu)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man