Yol qəzasında ölən şəxs icra başçısının sürücüsü olub - FOTO

Yol qəzaları 14 May 2019 | 06:44
OXUNUB: 948

Goranboyda avtomobil qəzasında dünyasını dəyişən şəxs Xocalı rayon İcra Hakimiyyəti başçısının sürücüsü olub. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, rayonun Səfikürd kəndi ərazisində "HOVO" markalı yük maşının "VAZ 2115" markalı minik maşını ilə toqquşması nəticəsində dünyasını dəyişən şəxs –1969-cu il təvəllüdlü Əliyev Rauf İsmayıl oğlu Xocalı rayon İcra Hakimiyyəti başçısının sürücüsü olub. Qeyd edək ki, R.Əliyev şəxsi minik avtomobilini idarə edərkən qəza törədib.

***

08:12, 13 may

Goranboyda ağır yol qəzası baş verib, bir nəfər ölüb. Hadisə rayonun Səfikürd kəndi ərazisində qeydə alınıb. Belə ki, "VAZ 2115" markalı minik maşını ilə "Howo" markalı yük maşını toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü 1969-cu il təvəllüdlü Aşağı Ağcakənd kənd sakini Əliyev Rauf İsmayıl oğlu ağır xəsarətlər alıb. O, ətrafdakıların köməyi ilə xəstəxanaya aparılarkən yolda keçinib. Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man