"Venesuelada prezident üsul-idarəsi olduğuna görə bu böhrana prezident seçkiləri vasitəsilə son qoyulmalıdır. Bizim fikrimizcə, Xuan Quaido belə seçkiləri keçirmək üçün lazımi legitimliyə malikdir”, – fransalı nazir bildirib.
Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant da bundan belə Venesuelanın müxalifət lideri Xuan Quaidonu ölkənin müvəqqəti prezidenti kimi tanıdıqlarını açıqlayıb.
Həmçinin İspaniya, Avstriya, Hollandiya, İsveç də onu qanuni dövlət başçısı kimi tanıyıb.
Xatırladaq ki, yanvarın 26-da Almaniya, Fransa, İspaniya, daha sonra da Böyük Britaniya və Hollandiya Venesuelada 8 gün ərzində yeni prezident seçkiləri keçirilməsə, milli Asambleyanın sədri Xuan Quaidonu müvəqqəti dövlət başçısı kimi tanıyacaqlarını açıqlamışdı.
Venesuela müxalifətinin üstün olduğu Milli Asambleyasının (parlamentin) sədri Xuan Quaido yanvarın 23-də keçirilən mitinq zamanı özünü dövlət başçısı əvəzi elan etmişdi.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man