Qarabağ məsələsinin həllində Ermənistanın Baş naziri Nikol Paşinyanın seçkiqabağı və seçki sonrası manipulyasiyası Ermənistanın qondarma qurum adından danışıqlar aparmayacağından ibarətdir. Bu günlərdə Məmmədyarov-Mnatsakanyan görüşündən sonra xalqları sülhə hazırlamaq zərurətinə dair razılığa gəlinməsi barədə Minsk Qrupunun həmsədrlərinin bəyanatı erməni cəmiyyətinin diqqət mərkəzindədir.
Məhz bu gün erməni cəmiyyətində Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin hansı gündəliklə görüşməsi və ya da hansı razılaşmaları əldə etməsi müzakirə mövzusudur. Təbii ki, Paşinyan sadəcə kütləni öz arxasınca aparmaq üçün Qarabağ kartından istifadə edib.
Erməni politoloq Aleksandr Kananyan bildirib ki, problemi bilən hər kəs üçün ilk məqamlardan Qarabağın (qondarma qurum-red) bu məsələdə iştirakının mümkün olmayacağı məlum idi.
"Çünki Ermənistanda bunu nə qədər belə təqdim etməyə çalışsalar da, Qarabağ müstəqil ölkə deyil. Təbii olaraq, mövcud müdafiə xətti hər hansı məqamda şübhə altına alınarsa və ya gələcəkdə ərazi güzəştləri planlaşdırılarsa, erməni ictimaiyyətinin Qarabağ hissəsi, o cümlədən yerli hərbçilərin olduqca müdaxilə etmə təsirləri ola bilər”, - deyə erməni mətbuatına verdiyi müsahibədə Kananyan bildirib.
Kananyanın sözlərinə görə aydın məsələdir ki, Ermənistan və erməni xalqı adından yalnız İrəvan danışıqlar aparmalıdır.
"Digər tərəfdən bu bir növbətçi rejimdə olan bəyanatdır. Xalqları hələ 2001-ci ildən Ki Uest danışıqları zamanı sülhə hazırlaşdırırdılar. Daha sonra bütün həmsədrlər məcbur olub etiraf etdilər ki, xalqlar sülhə hazır deyillər. Bu gündə xalqlar hazır deyil. İndiki prosesdə Qarabağ güzəştləri bu layihənin həyata keçirilməsində çox faydalı mərhələ ola bilər. Ermənistan və erməni xalqı sülhə hazırlaşmanın başqa yoluna malik deyil”, - deyə o əlavə edib.
Həmçinin Aleksandr Kananyan bildirib ki, əvvəlki dövrdə yaradılan və davam edən danışıqlar prosesini qorumaq mənasızdır.
"Aydındır ki, itələyici bir qüvvə var və onu aradan qaldırmaq lazımdır. Ancaq bu inersiyanı aradan qaldırmaq yalnız zaman məsələsi deyil, həm də Qarabağ danışıqlarının köhnə ideyalarla getməyəcəyinə dair erməni rəhbərliyinin yanaşması da olmalıdır. Təəssüf ki, Xarici İşlər Nazirliyində hazırda belə bir yanaşma görünmür”, - deyə o əlavə edib. (ordu.az)