Paşinyanı hədələdi: "Sizi də bu aqibət gözləyir"

Dünya 29 Yanvar 2019 | 07:17
OXUNUB: 2427
"İstənilən kağız imzalanması qarşılığında ərazlərin güzəşt edilməsi, hava öpüşü əvəzində böyük məbləğ verilməsi deməkdir".

Bu sözləri Ermənistanda kəşfiyyat diversiya dəstəsinin təsisçi-komandiri Vova Vartanov bildirib. 

Onun sözlərinə görə, Ter-Petrosyanın zamanından dolaşan Ermənistanın təhlükəsizliyi hesabına sülh müqaviləsi ətrafında danışıqlardan söhbət gedir. 

"Nə qədər istəyirlər qoy danışsınlar, əsas olan odur ki, müqavilə imzalanmasınlar. Əgər müqavilə imzalanarsa təbii ki, insanlar Ter-Petrosyanın dövrünü xatırlayacaqlar. Mən heç kimi təhdid etmirəm, sadəcə hamıya xatırlatmaq istəyirəm və hesab edirəm ki, hakimiyyət həmin tarixçəni bilir. 

Bu gün istənilən siyasi qüvvə, əgər qarşılqılı güzəşt olmadan belə bir xəyanətkarlığa əl atarsa, yaxşı bilir ki, öz başına hansı oyunu açar. Dəfələrlə demişəm, istənilən kağız imzalanması qarşılığında ərazlərin güzəşt edilməsi, hava öpüşü əvəzində böyük məbləğ verilməsi deməkdir. Yəni o sənə hava öpüşü göndərir, sən isə ona torpaq verirsən". 

Vartanov bildirib ki, Ter-Petrosyan yaşlı olduğuna və bu gənclərin isə daha ambisiyalı olmasına görə proses bu şəkildə nəticələnməyəcək. 

"Bu gənclərin layk yığmağa və xalqın onları sevdiyini daha tez görməyə həvəsli olduqlarını unutmaq olmaz. Eyni zamanda dərk edirlər ki, hər hansı güzəştə getdikdə xalqın gözündən düşəcəklər. Əgər əks bir fəaliyyət olarsa hakim partiya öz başına iş açar. Bu kənardan baş verməsə də, daxildən 50-60% bu hakim partiyanı tərk edər", - deyə o qeyd edib. 

Erməni hərbi ekspert, Davos görüşündə danışıqlar prosesinin tarixçəsinin müzakirə edilməsi zərurətini belə dəyərləndirib: 
"1.5 saat ərzində bekar su döymək hər adama nəsib olan istedad deyil. Mövzu ilə bağlı kifayət qədər söhbət aparılıb". 


Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man