Köçəryana qarşı yeni ittiham irəli sürüldü

Dünya 28 Noyabr 2024 | 18:55
OXUNUB: 3446

Ermənistan Prokurorluğu 2008-ci il martın 1-də baş vermiş hadisələrlə bağlı eks-prezident Robert Köçəryana və Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturova qarşı yeni ittihamların irəli sürülməsi barədə vəsatət qaldırıb.

 

Sfera.az xəbər verir ki, onlar vəzifə səlahiyyətlərini sui-istifadədə və ya aşmaqda ittiham olunublar.

 

Köçəryana, keçmiş müdafiə naziri Seyran Ohanyana, Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturova və baş nazirin keçmiş müavini Armen Gevorkyana qarşı Cinayət Məcəlləsinin konstitusiya quruluşunun devrilməsi maddəsi ilə cinayət işi 2018-ci ildə açılıb.

 

Xatırladaq ki, 2008-ci ilin fevralında Serj Sarkisyanın qalib gəldiyi prezident seçkilərindən sonra İrəvanda kütləvi etirazlar baş verib. 2008-ci il martın 1-də İrəvanın mərkəzində müxalifətlə hüquq-mühafizə qüvvələri arasında seçkidən sonra toqquşma zamanı 10 nəfər həlak olub. O zaman prezident Robert Köçəryan idi.

 

2021-ci ilin aprel ayında cinayət təqibinə xitam verilib.

 

2024-cü il sentyabrın 13-də Kassasiya Məhkəməsi Baş Prokurorluğun şikayətini təmin edib və Köçəryana qarşı işə xitam verilməsi barədə qərarı ləğv edərək işi yeni məhkəmə baxışı üçün Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə göndərib. Məhkəmə sentyabrın 23-dən davam etdirilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man