Britaniyada ən çox axtarılan terrorçulardan biri həbs edilib: FTB 20 ildən çox axtarış aparıb

Dünya 28 Noyabr 2024 | 01:32
OXUNUB: 439

2003-cü il hücumlarını törətməkdə şübhəli bilinən 46 yaşlı ABŞ vətəndaşı Daniel Andreas San Dieqo Britaniya hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.
 

Sfera.az bildirir ki, terrorçu 20 ildən artıq Uelsdə hüquq-mühafizə orqanlarının əməkdaşlarından gizlənib.


Şübhəli şəxs 2003-cü ilin avqust-sentyabr ayları ərzində Kaliforniyada iki terror aktı həyata keçirib və bundan sonra yoxa çıxıb. 2009-cu ildə o, "ən çox axtarılan terrorçu" seçilib..
 

FTB-nin məlumatına görə, həbs edilən adam "heyvan hüquqları uğrunda mübarizə aparan ekstremist qruplarla əlaqəli, vegeterian olub. Bədənində yanan təpələrin və binaların şəkilləri də daxil olmaqla bir sıra döymələrə sahib şəxs olub.
 

O, 20 il ərzində FTB-nin “Ən çox axtarılan terrorçular” siyahısında olub. Həmin şəxs 2003-cü ilin avqust və sentyabr aylarında Emeryville şəhərində biotexnologiya korporasiyasında və Kaliforniya ştatının Pleasanton şəhərində qida şirkətində baş verən iki partlayışda şübhəli bilinir.


Həmin vaxt terror aktları nəticəsində xəsarət alan olmayıb, lakin FTB onlardan birinin hadisə yerinə ilk gələnlər arasında olan xilasedicilərə qarşı yönəldiyinə əmindir. San Dieqonun özü 2003-cü ilin oktyabrında hüquq-mühafizə orqanlarının radarından itib və altı il sonra ən təhlükəli terrorçular siyahısına düşüb.
 

Media noyabrın 24-də San Dieqo həbs olunduqdan və ittihamlar elan edildikdən sonra şübhəlinin ABŞ-a ekstradisiyasına başlamaq üçün Westminster Magistrates Məhkəməsinə aparıldığını yazıb.
 

"Daniel San Dieqonun 20 ildən çox müddət sonra həbsi onu göstərir ki, nə qədər vaxt keçsə də, FTB sizi tapacaq və ədalət qarşısında cavab verəcəksiniz"-deyə FTB direktoru Kristofer Wray bildirib.

 

Aysel

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man