Londondakı Beynəlxalq Tətbiqi Sistemlərin Təhlili İnstitutunun (IIASA) və Nyu-Yorkun Kolumbiya Universitetinin alimləri iqlim təhlükəsi zonalarının ilk qlobal xəritəsini yaradıblar.
Sfera.az xəbər verir ki, tədqiqat "Proceedings of the National Academy of Sciences" (PNAS) elmi jurnalında dərc olunub.
Mütəxəssislər son 65 ildə istilik dalğalarına baxaraq, orta mövsümi temperaturla müqayisədə həddindən artıq istilərin daha güclü olduğu əraziləri müəyyən ediblər.
Bəziləri 2000-ci illərin əvvəllərində və ya daha əvvəl baş vermiş olsa da, bu istilik dalğaları əsasən son beş ildə müşahidə olunub. İqlimdən ən çox təsirlənən bölgələrə mərkəzi Çin, Yaponiya, Koreya, Ərəbistan yarımadası, Avstraliyanın şərqi, Cənubi Amerikanın bəzi hissələri və Arktika daxildir.
Bununla belə, ən sıx və ardıcıl siqnal Avropanın şimal-qərbindən gəlir, burada bir sıra istilik dalğaları 2022-ci ildə 60.000, 2023-cü ildə isə 47.000 insan itkisinə səbəb olub.
İqlim fəlakətləri digər ölkələrlə yanaşı Almaniya, Fransa, Böyük Britaniya və Hollandiyada da baş verib. Bu ilin sentyabr ayında Avstriya, Fransa, Macarıstan, Sloveniya, Norveç və İsveçdə yeni maksimum temperatur rekordları müəyyən edilib. ABŞ-nin cənub-qərbində və Kaliforniyanın bir çox bölgəsində də oktyabr ayına qədər rekord temperatur qeydə alınıb.
Bu bölgələrdə ekstremal temperaturlar son bir neçə onillikdə ən qabaqcıl iqlim modelləri tərəfindən proqnozlaşdırılandan çox daha yüksək templərlə orta yay temperaturundan daha sürətlə yüksəlir.
Ancaq bu fenomen hər yerdə baş vermir. Tədqiqat bir çox digər bölgələrdə temperatur artımının proqnozlaşdırılan modellərdən aşağı olduğunu müəyyən edib. Bunlara Şimali Amerika Birləşmiş Ştatlarının və Kanadanın cənubunun geniş əraziləri, Cənubi Amerikanın daxili bölgələri, Sibirin böyük hissəsi, Şimali Afrika və Avstraliyanın şimalı daxildir.
İnci
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man