Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin tədqiqatçıları Vladiqafqazı Rusiyanın ən təhlükəsiz şəhəri adlandırıblar.
Sfera.az xəbər verir ki, bu barədə “15-ci Region” yazıb.
Mükafatı şəhərin meri Vyaçeslav Mildzixova Rusiya Prezidentinin Mərkəzi Federal Dairə üzrə səlahiyyətli nümayəndəsi İqor Şeqolev və universitetin rektoru Stanislav Prokofyev təqdim ediblər.
Mildzixov mükafatı mühüm və ciddi adlandırıb və bunun regionun gələcəkdə inkişafı və yüksəlişi üçün stimul olduğunu vurğulayıb.
"Şəhər rəhbərliyinin vəzifəsi onun təhlükəsiz, rahat və firavan qalması üçün mümkün olan hər şeyi etməkdir"-, deyə o yekunlaşdırıb.
Həyat keyfiyyəti sahəsində mükafat sahibləri arasında Vladiqafqaz birincilik uğrunda Moskva, Kazan, Sankt-Peterburq və Soçi ilə yarışıb .
İnci
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man