Almaniyada Milad bazarında Şaxta baba əsəbiləşərək uşağı vurub.
Sfera.az xəbər verir ki, bu barədə "Bild" yazıb.
Hadisə ölkənin şimalında kiçik dənizkənarı şəhər olan Stralsundda Milad bazarının ərazisində baş verib. Oraya uşaqları ilə gələn 34 yaşlı qadın dörd yaşlı oğlunu Şaxta babanın yanına göndərib. Qırmızı-ağ kostyumlu 62 yaşlı almanın qarşısında özünü tapan oğlan dilini çıxarıb.
Kişi bu zərərsiz uşaq oyununu bəyənməyib və əsa ilə uşağın üzünə ağrılı bir zərbə vurub. Polis Şaxta babanın buna "maarifləndirici tədbir" kimi baxdığını bildirib. O, artıq sağlamlığa təhlükəli xəsarət yetirməkdə ittiham olunub.
İnci
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man