"Mərkəzi Seçki Komissiyasının (MSK) mövqeyi budur ki, namizədliyi qanunla qadağan edilməyən hər kəs bələdiyyə seçkilərində iştirak edə bilər".
Sfera.az xəbər verir ki, bunu MSK-nın sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib.
O qeyd edib ki, iddiaçılar və namizədlərin sayının çox olmasından narahatlıq yaratmır.
"Xüsusilə, qadınlara müraciət edirik ki, bələdiyyə seçkilərində namizəd kimi iştirak etsinlər. Namizədliyə iddialı şəxslər imzaları dairənin hüdudları daxilində toplamalıdırlar. Bu yerinə yetirilibsə, toplanan imzalarla əlaqədar dairə seçki komissiyasının (DSK) digər münasibət bildirmək hüququ yoxdur", - MSK sədri əlavə edib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man