"ABŞ ilə Çin arasında ticarət və ya vergi mübarizəsində qalib olmayacaq".
Sfera.az xəbər verir ki, bunu Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Liu Pengyu deyib.
Belə ki, ABŞ-nin 47-ci prezidenti seçilən Donald Tramp sosial media hesabından narkotik qaçaqmalçılığı səbəbindən Çindən gələn mallara tətbiq edilən idxal rüsumlarına əlavə 10 faiz vergi tətbiq edəcəyini açıqlayıb. Trampın bəyanatından sonra Çinin Vaşinqtondakı səfirliyi məsələ ilə bağlı qiymətləndirmə aparıb.
Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Liu Penqyu bildirib ki, Çin və ABŞ-nin narkotiklərlə mübarizə bölmələri San-Fransisko Sammitindən sonra müntəzəm olaraq görüşürlər. Sözçü Çinin ABŞ-ni narkotiklərlə mübarizədəki son hadisələrlə bağlı məlumatlandırdığını və bəzi hallarla bağlı ABŞ-nin tələbini yerinə yetirərək tədbir gördüyünü bildirib.
Firuzə Əliyeva
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man