Dua Lipanın görünüşü həmişə həm tənqidçilərin, həm də çoxsaylı pərəstişkarlarının diqqətini çəkir. Bu dəfə Alban əsilli britaniyalı müğənni, bəstəkar və model Dua Lipa “Puma” üçün yeni reklam kampaniyası çərçivəsində səhrada səyahətə çıxıb.
Sfera.az bildirir ki, 29 yaşlı pop ulduzu sinə dekoltesi boyunca fermuarlı idman üslublu mini libasda incə bədən quruluşunu nümayiş etdirib. Dua oyuncaq avtomobillərdən hazırlanmış qəribə kəmər əlavə edərək, qırmızı “Speedcat” idman ayaqqabılarını nümayiş etdirmək üçün klassik “Porsche” avtomobilinin kapotuna çıxıb.
Başqa bir fotoda müğənni parlaq qırmızı yarış dəbilqəsi və qara idman gödəkçəsi ilə “Speedcat” işarəsini tutaraq poza verib.
Qeyd edək ki, “Speedcat” 25 illik yubileyini qeyd etmək üçün bu ilin əvvəlində idman geyim markası “PUMA” tərəfindən yenidən təqdim edilib. “Speedcat” dekabrın 5-dən qırmızı, qara və çəhrayı rənglərdə satışa çıxarılacaq.
Aynil
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man