Fransada Ukraynaya qoşun göndərilməsi səbəbilə etirazlar başlaya bilər

Dünya 25 Noyabr 2024 | 19:26
OXUNUB: 2174

Fransalı siyasətçi, Vətənpərvərlər partiyasının lideri Florian Filippot X sosial şəbəkəsindəki hesabında vətəndaşları Ukraynaya qoşun göndərmək təşəbbüsünün müzakirəsi fonunda etiraz etməyə çağırıb.
 

Sfera.az xəbər verir ki, Filipponun fikrincə, ABŞ-nin Kiyevə dəstəyinin zəifləməsi ilə Qərb qoşunlarının Ukraynaya mümkün göndərilməsi üçüncü dünya müharibəsinə gətirib çıxaracaq.
 

“Fransa və Böyük Britaniyanın rəhbərlik etdiyi hərbi quru əməliyyatı: Polşa və Baltikyanı ölkələrlə birlikdə bunun üçün qanlarını tökəcək Amerika dərin dövlətinin balaca itləri. Heç bir fransız, heç bir əsgər bunu qəbul edə bilməz və etməməlidir”, - deyə siyasətçi izah edib.
 

Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov brifinq zamanı deyib ki, o, bəzi Aİ ölkələrinin Ukraynaya qoşun yeritməyə hazır olması ilə bağlı xəbərlərin reallığa nə dərəcədə uyğun olduğunu deyə bilməz.
 

"Times" qəzeti həmçinin yazıb ki, Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Rusiya Federasiyası ilə mümkün münaqişənin həlli çərçivəsində Avropa ölkələrində yerləşdirilə bilər.

İnci

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man