ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Birləşmiş Ştatlar Ordusunun bütün transseksual hərbçilərini işdən çıxarmağı planlaşdırır.
Sfera.az xəbər verir ki, bu barədə “The Times” öz mənbələrinə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, belə hərbçilərin sayı 15 min nəfərə yaxındır. İşdən çıxarılma əmri Trampın prezident kimi ilk günündə imzalana bilər. Respublikaçı əvvəllər bəzi yüksək rütbəli zabitlərin döyüş planlaşdırmasından daha çox müxtəliflik, bərabərlik və inklüzivlik məsələlərinə diqqət yetirdiyini təklif etmişdi.
Bildirilir ki, transseksual hərbçilərə tibbi səbəblərə görə xidmətə qadağa qoyulacaq və xidmətə yararsız hesab ediləcək.
Bu qərar ABŞ silahlı qüvvələrinin demək olar ki, bütün qollarında yeni çağırışçı çatışmazlığı fonunda veriləcək. Bənzər bir qadağa, lakin daha yumşaq formada, artıq prezident kimi ilk müddətində Tramp tərəfindən tətbiq edilmişdi.
Xatırladaq ki, daha əvvəl amerikalı iş adamı İlon Maskın özünü qadın hesab edən oğlu Ksavyenin Trampın prezidentlik yarışında qalib gəlməsindən sonra ABŞ-ni tərk etmək qərarına gəldiyi bildirilib.
İnci
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man