Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi

Dünya 25 Noyabr 2024 | 16:47
OXUNUB: 1708

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının sabiq sədri Kamal Kılıçdaroğluna qarşı 500 min lirə (14,5 min dollardan çox) məbləğində mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Hüseyin Aydın "X" sosial şəbəkəsində hesabında paylaşım edib.

 

"15 iyul 2016-cı il qanlı dövlət çevrilişi cəhdindən dərhal sonra Prezidentimiz siyasi müzakirələrimizdə minimum nəzakət mühitini həmişəlik yaratmaq ümidi və arzusu ilə Kılıçdaroğluna qarşı açdığı bütün iddialardan imtina etdi. Səkkiz il keçməsinə baxmayaraq, Kılıçdaroğlu tərəfindən minimum siyasi nəzakət məsələsində heç bir irəliləyiş yoxdur. Əksinə, kobudluq davranış nümunəsinə çevrilib", - vəkil qeyd edib.

 

H.Aydın siyasi müzakirədə nəzakətə nail olmağın mümkünsüzlüyü səbəbindən Prezidentin hüquqlarının ciddi şəkildə pozulduğunu bildirib.

 

"Kılıçdaroğlu barəsində Ankara Baş Prokurorluğunda Prezidentimizə qarşı təhqir və böhtanlar toplusu olan məhkəmə bəyanatları ilə bağlı cinayət işi açılıb. Birinci İnstansiya Mülki Məhkəməsinə 500 min türk lirəsi məbləğində mənəvi zərərin ödənilməsi ilə bağlı iddia ərizəsi verilib", - vəkil qeyd edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man