Xamneyinin müşaviri: ABŞ İŞİD-i Suriya və İraqda sabitliyi pozmaq üçün yaradıb

Dünya 20 Noyabr 2024 | 20:12
OXUNUB: 2310

ABŞ İŞİD-i Suriya və İraqda sabitliyi pozmaq üçün yaradıb.

 

Sfera.az xəbər verir ki, bunu İranın ali dini rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Tehranda Suriyanın xarici işlər naziri Bassam Sabbahla görüşündə deyib.

 

O bildirib ki, İŞİD kimi təhdidlərə qarşı birgə mübarizə aparılmalıdır: “Müqavimət cəbhəsi daha da gücləndirilməlidir. Başqa yol yoxdur”.

 

Ə.Ə.Vilayəti, həmçinin söyləyib ki, İranla Suriya arasında strateji əlaqələrin güclənməsi həm regional, həm də beynəlxalq səviyyədə əhəmiyyətlidir.

 

Suriyalı nazir isə öz növbəsində Tehran və Dəməşq arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

 

Tərəflər həmçinin davam edən böhranların həlli və regionda sülh və sabitliyin təşviqi üçün ikitərəfli əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə ediblər. (Report)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man