Ərdoğan: Ukraynanın bu raketlərdən istifadə etməsi riskləri artırır

Dünya 19 Noyabr 2024 | 23:44
OXUNUB: 1086

Ukraynanın uzun mənzilli ATACMS tipli raketlərdən istifadə etməsi nüvə müharibəsi riskini artırır.

 

Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

“Nüvə silahının istifadə olunduğu münaqişədə müsbət heç nə yoxdur. Ukraynanın istifadə etdiyi raketlər belə vəziyyətin nəyə gətirib çıxaracağını göstərir”, - Türkiyə lideri Braziliyada keçirilən G20 sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

 

O qeyd edib ki, Türkiyə bu cür “neqativlərə” qarşıdır və sülh dialoqunun tezliklə başlamasını səbirsizliklə gözləyir.

 

Noyabrın 17-də “New York Times” mənbələrə istinadən yazıb ki, Bayden ilk dəfə olaraq Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək üçün uzaq mənzilli ATACMS raketlərindən istifadə etməyə icazə verib. Mənbələrin bildirdiyinə görə, ilkin olaraq bu silahlarla Kursk bölgəsindəki rus qoşunlarına və orada olduğu iddia edilən Şimali Koreya hərbçilərinə hücumların həyata keçiriləcəyi güman edilir.

 

Noyabrın 19-da Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Bryansk vilayətindəki obyektə altı ATACMS raketi ilə zərbə endirdiyini bildirib. Rusiya müdafiə qüvvələri beş döyüş sursatı vurmağa, birinə isə ziyan vurmağa müvəffəq olub.

 

İnci 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man