Tokayev Serbiyada 10 saziş imzaladı

Dünya 19 Noyabr 2024 | 19:00
OXUNUB: 1630

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Serbiyaya səfəri çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən 10 saziş və memorandum imzalanıb.

 

Sfera.az xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç Kasım-Jomart Tokayev ilə görüşdə iki ölkə arasında əlaqələrin dərin dostluğa əsaslandığını bildirib və Serbiyanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyinə görə Qazaxıstana təşəkkür edib.

 

Qazaxıstan Prezidenti isə iki ölkə arasında münasibətlərin qarşılıqlı etimada və dəstəyə əsaslandığını deyib. Bildirib ki, Serbiya Qazaxıstanın Balkan regionunda etibarlı tərəfdaşıdır.

 

Görüşdə kənd təsərrüfatı, sənaye, nəqliyyat sahələrində birgə investisiya qoyuluşları və yeni layihələr ətrafında fikir mübadiləsi aparılıb.

 

Sonra Serbiya və Qazaxıstan prezidentlərinin iştirakı ilə sənədlər imzalanıb və mübadilə edilib.

 

Qeyd edək ki, bu, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Serbiyaya ilk rəsmi səfəridir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man