Amerikalı müğənni, aktrisa və rəqqasə Cennifer Lopez Ben Afflekdən ayrıldıqdan sonra çətin günlər yaşayır. İndi o, əsas diqqəti karyerasına yönəldib.
Sfera.az bildirir ki, Ceniffer Lopes şəxsi həyatında nadir hallarda tək olub. Müğənninin 2021-ci ildə 49 yaşlı basketbolçu Aleks Rodrigezdən ayrıldığını elan etməsindən qısa müddət sonra Ben Affleklə romantikalarını yenidən alovlandırdığı məlumdur.
Cennifer indi özünə daha çox diqqət ayırmağı öz missiyasına çevirib. Avqust ayında 52 yaşlı Afflekdən boşanmaq üçün ərizə verdikdən sonra heç kimlə görüşmək planları yoxdur. Amma müğənniyə yaxın mənbənin sözlərinə görə, həyatında dördüncü boşanmasını yaşayan müğənni bir az əylənmək istəyir.
"Cen, əksər insanlar kimi, həyatında yenidən sevginin olmasını istərdi. Lakin, onun indi vaxt ayırmalı olduğu yeganə insan özüdür. Ulduz bütün diqqətini işinə cəmləyib və 2025-ci ilin heç olmadığı kimi bir il olmasını istəyir. O, aktiv həyat yaşayır və hələ də ayrılığın çətinlikləri ilə mübarizə aparır. Cennifer əvvəlki münasibətlər bitdikdən sonra demək olar ki, dərhal yeni əlaqələrə girməyi sevir. Hələ ciddi münasibət yox, bir az əyləncə axtarır. Açıq-aydın, Cennifer Benə kimi itirdiyini göstərmək istəyir".
Aynil
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man