Bayden Ukraynaya Rusiya ərazisini vurmağa icazə verdi

Dünya 17 Noyabr 2024 | 23:06
OXUNUB: 2390

ABŞ Prezidenti Co Bayden ilk dəfə Ukraynanın Birləşmiş Ştatların ATACMS uzaqmənzilli raketləri ilə Rusiyanın ərazisinə zərbələr endirməsinə icazə verib.

 

Sfera.az xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.

 

Məlumata görə, raketlər ehtimal ki, Rusiya və Şimali Koreya hərbçilərinə qarşı, Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsində müdafiəsini təmin etmək üçün istifadə olunacaq.

 

“Reuters” agentliyi isə yazır ki, Ukrayna yaxın günlərdə ilk hücumlarını həyata keçirməyi planlaşdırır.

 

Xatırladaq ki, Böyük Britaniya və Fransa Ukraynanın Qərbin uzaqmənzilli silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasının tərəfdarı olsa da, ABŞ bu zamana qədər icazə vermirdi. Qərb liderlərinin bu məsələ ilə bağlı müzakirələrini şərh edən Rusiya Prezident Vladimir Putin bildirmişdi ki, Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli silahlardan istifadəyə icazə verilməsi ABŞ və digər NATO ölkələrinin hərbi münaqişədə birbaşa iştirakı deməkdir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man