Körpəsini satan ana bir həftə sonra onu geri qaytarmaq istəyir

Dünya 16 Noyabr 2024 | 00:35
OXUNUB: 1070

Cənubi Afrika Respublikasında 23 yaşlı qadın sosial şəbəkə vasitəsilə öz körpəsini satıb. Bir həftə sonra o, darıxdığını əsas gətirərək uşağı geri qaytarmaq qərarına gəlib. 

 

Sfera.az bildirir ki, qadın törətdiyi əməllərə görə qanun qarşısında cavab verəcək. O, uşaq alverində ittiham olunur. Alıcının kimliyi hələ müəyyən edilməyib.

 

Jurnalistlər qeyd edir ki, qadın sosial şəbəkə vasitəsilə oğlunu satışa çıxarıb. Bir alıcı onu tapıb və məbləğdə razılığa gəliblər, ana oğlunu təhvil verib.

 

Yeddi gündən sonra o, körpə üçün darıxaraq fikrini dəyişib. Lakin alıcı körpəni geri qaytarmaq fikrində olmayıb.

 

"Etdiyim hər şeydən peşmanam. Bunu çarəsizlikdən etdim"-deyə gənc ana bildirib.

 

Xanımın 25 yaşlı tanışı uşağın atası olduğunu qeyd edib. O, qadının körpəni satdığından şübhələnib.

 

"Uşaq dünyaya gələndə ona baxmağa pulu yox idi. Körpəni ailəsinə göndərdi".

 

Polis nümayəndələrinin sözlərinə görə, hazırda uşaq alveri ilə bağlı cinayət işi başlanıb. Prokurorluq qeyd edib ki, alıcı uşağı almaq üçün pul ödəməyib, ona görə də onu izləmək mümkün deyil.

 

Aynil 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man