Fransada da inflyasiya sürətlənib

Dünya 15 Noyabr 2024 | 23:33
OXUNUB: 2262

Fransada Avropa İttifaqı standartlarına uyğunlaşdırılmış istehlak qiymətləri oktyabr ayında illik müqayisədə 1,6 faiz artıb.

 

Sfera.az xəbər verir ki, məlumat Insee milli statistika idarəsinin hesabatında əksini tapıb.

 

Beləliklə, qiymətlərin 1,4 faiz artdığı sentyabr ayı ilə müqayisədə inflyasiya sürətlənib.

 

Trading Economics analitikləri oktyabr ayı üçün daha əvvəl elan olunmuş 1,5 faiz qiymət artımı göstəricisinə yenidən baxılacağını gözləmirdilər.

 

Aylıq əsasda qiymətlər 0,3 faiz artıb. Bu məlumatlar ilkin qiymətləndirmə və bazar gözləntiləri ilə üst-üstə düşüb. Sentyabrda qiymətlər avqust ayı ilə müqayisədə 1,3 faiz ucuzlaşmışdı.

 

Fransa standartlarına görə hesablanan istehlak qiymətləri oktyabr ayında illik ifadədə 1,2 faiz, aylıq müqayisədə isə 0,3 faiz artıb.

 

Qeyd edək ki, oktyabrda ABŞ və Almaniya başda olmaqla əksər inki.af etmiş ölkələrdə inflyasiyanın sürətlənməsi qeydə alınıb. (Müsavat)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man