Şolts və Putin Ukraynadakı vəziyyəti müzakirə ediblər

Dünya 15 Noyabr 2024 | 21:25
OXUNUB: 10410

Almaniya Kansleri Olaf Şolts təxminən iki ildən sonra ilk dəfə Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt məlumat yayıb.

 

Onun sözlərinə görə, söhbət zamanı Almaniya Kansleri Rusiyanı ədalətli və uzunmüddətli sülhə nail olmaq üçün Ukrayna ilə danışıqlara çağırıb.

 

Şolts, həmçinin Almaniyanın Kiyevi lazım olduğu müddətcə dəstəkləməkdə sarsılmaz qətiyyət göstərəcəyini açıqlayıb. O, Putini münaqişəyə son qoymağa, Rusiya qoşunlarını Ukraynanın nəzarət altında saxlanılan ərazilərindən çıxarmağa çağırıb.

 

Hebeştrayt bildirib ki, Şolts bu telefon danışığından qabaq Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib və Rusiya prezidenti ilə danışdıqdan sonra bunu yenidən edəcək.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man