2024-cü il oktyabrın sonlarında İsrailin İranda nüvə silahı araşdırması aparan obyekti məhv etdiyi iddia edilir.
Sfera.az xəbər verir ki, bu barədə Axios portalının jurnalisti Barak Ravid ABŞ və İsrail rəsmilərinə istinadən yazıb.
“İsrailin oktyabrın sonunda İrana hücumu nəticəsində Parçində fəaliyyət göstərən çox məxfi nüvə silahı tədqiqat mərkəzi məhv edilib”, - nəşr bildirib.
Aydın olub ki, söhbət ilkin olaraq Taleqan-2 obyektindən gedir. 2003-cü ilə qədər İranın Aman nüvə silahı proqramının bir hissəsi olduğu iddia edilir. Daha sonra nüvə qurğusunu partlatmaq üçün lazım olan partlayıcıları sınaqdan keçirmək üçün istifadə edilib.
Mənbənin sözlərinə görə, İsrailin obyektə hücumu nüvə qurğusunda uranı əhatə edən və onun partlatılması üçün lazım olan partlayıcı maddələrin hazırlanması üçün avadanlıqları sıradan çıxarıb.
Eyni zamanda, İran Prezidenti Məsud Pezeşkian daha əvvəl bəyan etmişdi ki, İran heç vaxt nüvə silahı istehsal etməyə çalışmayacaq, çünki ruhani liderin müvafiq fətvası ölkədə 2003-cü ildən qüvvədədir. Qadağa nüvə silahı istehsalının İslam prinsiplərinə zidd olması ilə bağlıdır.
İnci
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man