Almaniyanın Kassel şəhəri yenotlar tərəfindən işğal olunub. Heyvanlar evlərə soxularaq çardaqlarda yuva qurduqca insanlar üçün təhlükəyə çevrilib.
Sfera.az bildirir ki, Gestapo qurucusu Hermann Goering 1934-cü ildə bu heyvanları yetişdirməyə başladıqdan sonra Almaniyada yenot populyasiyası xeyli artıb.
Zahirən yaraşıqlı və şirin görünən bu heyvanlar təhlükəli ola bilər. Bu yaxınlarda fermerlərdən biri yenotu toyuq hinindən çıxarmaq istəsə də, heyvan pəncələri ilə onu cırmaqlayıb. Hal-hazırda kişi qolundakı problemlərdən əziyyət çəkir.
Daha bir qadının isə yenot hücumu nəticəsində tamamilə çılpaq (alt paltarında) və huşsuz vəziyyətdə aşkarlanıb. Qadın, yenotu xüsusi mərkəzə aparmaq istəyib, lakin heyvan ona hücum edib. Qadın hal-hazırda xəstəxanada müalicə alır.
Qeyd edək ki, Almaniyada yenotlar çox yayılmışdır. İnanmaq çətin də olsa, bir əsr əvvəl isə burada vəhşi təbiətdə cəmi bir neçə yenot yaşayırdı. Bəzi tədqiqatçıların fikrincə, 1934-cü ildə Üçüncü Reyxin alman siyasətçisi, Gestaponun banisi Hermann Goering tərəfindən iki cüt Şimali Amerika yenotunun sərbəst buraxılması əmri verilib. Həmin vaxt o, Reyxin Meşə Naziri idi.
Hermann Goeringin bu heyvanların faydalarına çox əmin olduğuna dair bir fikir var idi. O, bu canlıların yerli ekologiyanı zənginləşdirəcəyinə inanırdı.
Məhz bundan sonra yenotlar sürətlə çoxalmağa başlayıb. Ekspertlərin hesablamalarına görə, hazırda Almaniyada iki milyona yaxın yenot yaşayır. Bununla yanaşı, şəxsi əmlakları məhv edir, yoluna çıxanlara hücum edirlər.
Ölkə sakinləri yenot populyasiyasının artımı ilə mübarizə aparmağa başlayıblar. Yenotlar xüsusi lisenziyalı ovçular tərəfindən ovlanır.
Qeyd edək ki, 2016-cı ildən yenotlar Avropa İttifaqında invaziv (işğalçı) növ hesab edilir. Aİ Üzv Dövlətləri onların sayına nəzarət etməlidir.
Aysel
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man