Çinli bir qadın qaradərili uşaq dünyaya gətirib. Atası ilk dəfə gördüyü körpəyə çaşqınlıqla baxıb, hətta onu qucağına götürməkdən belə imtina edib.
Sfera.az bildirir ki, hadisənin təfərrüatları geniş müzakirələrə səbəb olub. Belə ki, Çinin Şanxay şəhərindən olan 30 yaşlı qadının yeni doğulmuş körpəsinin dərisinin tünd rəngdə olması şübhələrə səbəb olub, həyat yoldaşı atalıq testi tələb edib.
Evliliyini xilas etmək üçün çarəsiz qalan qadın sosial şəbəkədə öz kədərli hekayəsini danışıb və oxşar vəziyyətlərlə üzləşmiş digər analardan məsləhət istəyib.
Körpənin dərisinin qeyri-adi rənginin özünü də təəccübləndirdiyini gizlətməsə də, qadın çarəsiz halda heç vaxt Afrikada olmadığına və bir nəfər də olsun qaradərili adam tanımadığına and içir.
Ata daha sonra uşağın onun olduğunu sübut etmək üçün atalıq testi tələb edib. Qadın razılaşsa da, buna test olmadan da tamamilə əmin olduğunu, sadəcə inamsızlığın onu həddindən artıq incitdiyini qeyd edir.
Paylaşım müəllifi qadının “Weibo”dakı (Çin sosial şəbəkə) paylaşımı tez bir zamanda viral olub. İstifadəçilər onu sakitləşdirməyə çalışıblar. Bir çoxları qeyd edib ki, yeni doğulmuş uşağın tünd dəriyə malik olması normaldır.
"Bu, onların dərisinin nazik və qan dövranının zəif olması ilə əlaqədardır" - deyə özünü ekspert kimi təqdim edən biri izah edib;
"Çox yayğındır. Tünd qırmızı dəri zamanla ağarır";
"Dərinin rəngi zamanla açılacaq" - deyə başqa bir istifadəçi də qeyd edib.
Müzakirənin digər iştirakçılarını isə daha çox kişinin münasibəti və sevgilisinə inamsızlığı narahat edib. Onlar atalıq testinin nəticələri çıxdıqdan sonra cütlüyə münasibətləri haqqında bir mütəxəssislə danışmağı tövsiyə ediblər.
Aynil
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man