Məbəddə şəfalı su əvəzinə başqa şey içiblər

Dünya 08 Noyabr 2024 | 00:53
OXUNUB: 336

Hindistanın Vrindavan şəhərindəki məbədin ziyarətçiləri fil heykəlindən damcılanan şəfalı su içmək üçün növbəyə düzülüblər.


Ancaq sonradan məlum olub ki, bu möcüzəvi şəfalı su deyil, kondisionerdən gələn adi kondensasiyadır. Maraqlı hekayənin təfərrüatları mediada gündəm olub.

 

Sfera.az bildirir ki, Hindistandakı Şri Banke Bihari məbədində onlarla insanın "ilahi" mayeni yudumlamaq üçün divara quraşdırılmış fil heykəlinin qarşısında növbəyə durduğunu göstərən viral video çoxlarını şoka salıb. Bu hekayə bir daha ictimaiyyətin diqqətini dini fanatizmlə tənqidi təfəkkür, hətta sağlam düşüncə arasında fərq qoymağın zəruriliyinə yönəldib.


Dindarların bu “şəfalı suyu” "Charan Amrit" (Krishnanın ayaqlarından çıxan müqəddəs su) adlandırdıqları bildirilir. Məbədin rəhbərliyi hətta insanları damcıları toplamaqdan çəkindirmək üçün bir açıqlama da verib.
 

"Biz insanların Allaha imanlarına hörmət edirik, lakin onlara həqiqəti demək çox vacibdir. Charan Amrit kimi içdiyiniz su əslində krandan gəlir. Onun tərkibində tulsi və qızılgül ləçəkləri kimi inqrediyentlər yoxdur"- deyə o, izah edib.
 

Kondisionerin kondensasiyası ilk baxışdan insan sağlamlığı üçün zərərsiz görünə bilər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, mayedə hər cür bakteriya və göbələklər çoxalır və bu, ciddi xəstəliklərə səbəb ola bilər.


Həqiqəti öyrəndikdən sonra bir çox dindarlar məyus olublar və sonda kilsə rəhbərlərini bunu onlara vaxtında izah etmədiklərinə görə günahlandırıblar.
 

"Biz bura dərin imanla gəlirik və indi bu xəbər ürəyimizi parçalayır. Məbəd insanlara ilahi hesab etdikləri bu suyu içməyi qadağan etməlidir"- deyə qəzəblənmiş ziyarətçilərdən biri şərh edib.

 

Aysel

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man