Tramp növbəti ABŞ prezident seçkilərində iştirak edə bilməyəcək

Dünya 06 Noyabr 2024 | 22:00
OXUNUB: 1114

ABŞ-nin Respublikaçılar Partiyasının seçkilərdəki namizədi Donald Tramp Amerika Konstitusiyasına görə, 2028-ci ildə yenidən prezidentliyə namizəd ola bilməyəcək.

Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
 

Ölkənin əsas sənədində prezidentlik müddətinin dörd il olduğu bildirilir. 1951-ci ildə qəbul edilən dəyişikliyə görə, bir şəxs iki dəfədən çox olmayaraq dövlət başçısı seçilə bilər.
 

Əvvəlcə konstitusiya prezidentlik müddətinin sayını məhdudlaşdırmayıb, lakin ölkə liderlərinin əksəriyyəti ABŞ-nin ilk prezidenti Corc Vaşinqton tərəfindən təsdiq edilmiş və iki dəfə vəzifədə qalmış danışıqsız qaydaya əməl edirdi. Yalnız Franklin Ruzvelt 1940-cı ildə üçüncü dəfə, ondan sonra isə 1944-cü ildə dördüncü dəfə seçilib.
 

ABŞ-də prezident seçkilərində səsvermə başa çatıb. Qeyd edək ki, Respublikaçıların prezidentliyə namizədi Donald Tramp nümayəndələrin 277 səsini alaraq, Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti seçilib.


İnci

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man