Moldovanın Moskvadakı səfiri Lilian Darius Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Məlumata görə, səfirə Moldovada keçirilən prezident seçkilərində ATƏT/DTİHB-nin monitorinq missiyasının tərkibində rəsmi Kişinyovun rusiyalı müşahidəçilərə qarşı qeyri-dost diskriminasiya hərəkətləri ilə bağlı kəskin etiraz bildirilib.
Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Moldovanın hakimiyyət orqanları seçkilərin birinci raundu və Moldovanın Avropa Birliyinə daxil olması ilə bağlı konstitusiya referendumundan əvvəl Rusiya Federasiyasından olan beş beynəlxalq müşahidəçinin akkreditasiyadan əsassız olaraq imtina edib. Daha sonra, noyabrın 3-də baş tutan ikinci turdan əvvəl Kişinyov hava limanında ATƏT/DTİHB missiyasının üç rusiyalı üzvü Moldova Mərkəzi Seçki Komissiyasında akkreditasiya olsa da, respublikaya buraxılmayıb.
"Bu cür hərəkətlər Kişinyov tərəfindən beynəlxalq öhdəliklərinin, xüsusən də Kopenhagen SBS Sənədinin kobud şəkildə pozulmasıdır", - deyə məlumatda qeyd edilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man