Amsterdamdakı evlərin damlarında qarmaqların olması ilk baxışdan bir az qəribə görünsə də, əmin olun ki, onlar çox funksional məqsədə xidmət edir.
Sfera.az bu barədə maraqlı yazı təqdim edir.
Amsterdam arxitekturasında önə çıxan bu dam qarmaqları, əslində, böyük əşyaları asanlıqla yuxarı və aşağı daşımaq üçün bugünkü gündə də istifadə olunur.
Orta əsrlərə aid olan bu texnika evlərin dar pilləkənləri əşyaları daşımağa uyğun olmadığı üçün hələ də qüvvədədir.
Qarmaqların köməyi ilə makara və ip sistemindən istifadə edərək əşyalar evlərin çöl hissəsindən yuxarı mərtəbələrə çəkilir.
Amsterdamda tikilən evlərin əksəriyyəti olduqca dar olmalıdır. Qanuni öhdəliklərə görə genişləndirilə bilməyən dar strukturlar, ev sahiblərini hər cür ehtiyaclar üçün bu xarici qarmaqlardan istifadə etməyə yönəldir.
Bu qarmaqların tarixi səbəbi də var. Qızıl Dövrdə Amsterdamdakı tacirlər və iş adamları evlərinin yuxarı mərtəbələrini anbar məqsədləri üçün istifadə edirdilər.
Suyun səviyyəsinin yüksəldiyi bir ölkədə qiymətli malları quru və təhlükəsiz yerdə saxlamağın ən yaxşı yolu, malı damlara çıxarmaq idi.
Aynil
Sfera.az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man