Britaniyada meymunçiçəyinin yeni ştamı ilə bağlı həyəcan: Yoluxanların sayı artır

Dünya 05 Noyabr 2024 | 14:16
OXUNUB: 1432

Britaniyada meymunçiçəyi virusunun yeni ştamına yoluxma halları artıb.

 

Sfera.az bu barədə Britaniya Səhiyyə Mühafizə Agentliyi (UKHSA) xəbər yayıb.

 

"Mpox Ib" virusu ilə iki yoluxma halı aşkar edilib. Beləliklə, təsdiqlənmiş halların ümumi sayı üçə çatıb", - deyə agentlikdən bildirilib.

 

Məlumata görə, hər iki yoluxan şəxs birinci xəstə ilə təmasda olub.

 

"Bu xəstələrlə təmasda olan şəxslərə test və lazım gələrsə, peyvənd təklif olunacaq. Xəstəlik əlamətləri yarandığı və ya test nəticələri müsbət olduğu təqdirdə onlara müalicə tövsiyələri veriləcək", - deyə qurumdan əlavə edilib.

 

Qeyd edək ki, Britaniyada meymunçiçəyi ilə ilk yoluxma halı barədə oktyabrın sonunda məlumat verilib.

 

Yeri gəlmişkən Almaniyada da meymunçiçəyi virusunun yeni "Clade Ib" ştamına yoluxmanın ilk halı qeydə alınıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man