Ukrayna və Şimali Koreya hərbçiləri cəbhədə ilk dəfə üz-üzə GƏLDİ

Dünya 05 Noyabr 2024 | 12:20
OXUNUB: 2560

Ukrayna və Şimali Koreya qoşunları ilk dəfə cəbhədə üz-üzə gəlib.

 

Sfera.az bildirir ki, məlumatı Ukraynanın müdafiə naziri Rustem Umerov da təsdiqləyib. O, bununla bağlı Cənubi Koreyanın rəsmi mətbuatına açıqlama verib. Umerov qeyd edib ki, cəbhədə kiçik miqyaslı qarşıdurma yaşanıb.

 

“Sözügedən münaqişə bütün qüvvələrin səfərbər olunduğu sistemli şəkildə təşkil edilmiş səviyyədə deyildi”, deyən müdafiə naziri münaqişənin vaxtı və yeri ilə bağlı ətraflı məlumat açıqlamayıb.

 

O, “Bunu Şimali Koreyanın müharibədə iştirakının başlanğıcı hesab etmək olarmı?” sualına “hə” cavabını verib.

 

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko da bu barədə danışıb. O, “X” sosial media platformasındakı paylaşımında Şimali Koreyanın Ukraynaya qarşı müharibəyə girdiyini təsdiqləyərək, “Şimali Koreya hərbi birləşmələri Kurskda ilk dəfə atəşə tutulub”, yazıb.

 

Günay 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man