Ukrayna PUA vurmaq üçün raketlər istehsal edəcək

Dünya 02 Noyabr 2024 | 21:21
OXUNUB: 5624

Ukrayna Belçikanın "Thales” şirkəti ilə hava hücumundan müdafiə sistemləri üçün raketlərin birgə istehsalına dair memorandum imzalayıb.

 

Sfera.az "Report”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın strateji sənaye naziri German Smetanin özünün teleqram kanalında bildirib.

 

"Thales Belgium” Ukrayna müdafiə şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb. Bu saziş düşmən PUA-larına qarşı birgə raketlərin istehsalını nəzərdə tutur”, - nazir deyib.

 

Bundan əlavə, Smetanin əlavə edib ki, gələcəkdə bu əməkdaşlığın belə raketlər üçün texnologiya və komponentlərin ötürülməsinə qədər genişlənəcəyi gözlənilir.

 

"Bu əməkdaşlıq Ukraynanın hərbi-sənaye kompleksini və kritik infrastrukturun düşmən PUA-larından qorunmasını gücləndirəcək”, - Smetanin qeyd edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man