ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Yaxın Şərqə əlavə hərbi qüvvələr, o cümlədən döyüş və uzaqmənzilli hücum bombardmançı təyyarələri yerləşdirəcəyini açıqlayıb.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda Pentaqonun sözçüsü, briqada generalı Patrik Rayder yazılı açıqlama verib.
Bəyanatda ABŞ-nin bölgədəki qüvvələrini qorumaq, İsraili müdafiə etmək və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün bölgəyə əlavə ballistik raket əleyhinə müdafiə sistemləri, qırıcı təyyarələri parkı və ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-52 uzaqmənzilli hücum təyyarəsi yerləşdiriləcək.
Açıqlamada bu qüvvələrin bölgəyə getməyə hazırlanan “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi ilə gələn aydan etibarən göndəriləcəyi qeyd edilib.
Xatırladaq ki, Pentaqon oktyabrın 13-də verdiyi yazılı açıqlamada THAAD batareya sistemi və onu işlədəcək 100-ə yaxın hərbçinin İran təhlükəsinə qarşı İsrailə göndəriləcəyini açıqlamışdı.
Vasif
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man