Kral III Çarlz və Kamillanın “gizli oğlu" atalıq testi tələb edir - FOTO

Dünya 02 Noyabr 2024 | 00:20
OXUNUB: 5296

Uzun müddətdir Kral III Çarlz və Kraliça Kamillanın "gizli övladı" olduğunu iddia edən Saymon Dorante-Day adlı şəxs yenidən atalıq testinin keçirilməsini tələb edir.

 

Sfera.az bildirir ki, uzun illərdir Saymon Dorante-Day kral ailəsini atalıq testinin keçirilməsinə razı salmağa çalışır. O, Çarlz və Kamillanın qeyri-qanuni övladı olduğunu iddia edir. Jurnalistlərin sözlərinə görə, Saymon Dorante-Day onun damarlarında kral qanı axdığına inandığı üçün məhkəməyə müraciət edib. O, Böyük Britaniyanın hazırkı monarxının və onun həyat yoldaşı Kraliça Kamillanın qeyri-qanuni oğlu olduğuna əmindir.

 

29.000 izləyicisi olan “Facebook”səhifəsindəki paylaşımında o, iddialarını dəstəkləmək üçün üz cizgilərini Kral Çarlz, Şahzadə Uilyam və Şahzadə Harri ilə müqayisə edib. 

 

"Mənim üzümün sol tərəfinin Çarlzın üzünə tam uyğun gəlməsi, Uilyam və Harrininki isə uyğun gəlmir. Kimin kim olduğu açıq- aşkar ortadadır”.

 

Dorante-Day kral və kraliçanın gizli qeyri-qanuni övladı olduğunu sübut etmək üçün başqa faktlar da təqdim edib. O, Kral Çarlz və Kamillanın 1970-ci illərin deyil, 1960-cı illərin ortalarında görüşdüyünü iddia edib. Onun sözlərinə görə, doğulmasına az qalmış Kamilla Britaniyada ictimai tədbirlərdə görünməyi dayandırıb.

 

"Buna görə də həyat yoldaşım Elvianna və mən dördtərəfli atalıq testinin bu problemi birdəfəlik həll etməyin yeganə yolu olduğuna inanırıq. Krallığın 58 ildir oynadığı oyun haqqında həqiqət ifşa edilməlidir”-deyə o, öz paylaşımında qeyd edib.

 

Aysel 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man