Tacikistanda 1,5 min cadugər və falçı, eləcə də rəsmi təhsili olmayan 5 mindən çox molla saxlanılıb.
Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Genişmiqyaslı basqın ritual və okkultizm ənənələrinin yayılmasına qarşı yönəlib. Basqına səbəb Tacikistan prezidenti Emoməli Rəhmonun ölkədə xurafatların getdikcə genişlənməsindən narahatlığı olub. O hesab edir ki, təcrübələr cəmiyyətə mənfi təsir göstərir və onun inkişafına mane olur.Respublikada, o cümlədən paytaxtda falçı və cadugərlərin xidmətləri son dərəcə populyardır. Hakimiyyət təkcə onlarla deyil, uyğun dini təhsili olmayan mollalarla da mübarizə aparır.
İnzibati məcəlləni pozan və oxşar fəaliyyətlə məşğul olanları 270 dollardan 340 dollara qədər cərimə gözləyir ki, bu məbləğ ölkədəki orta əmək haqqını (70 dollar) xeyli üstələyir. Cinayətkar yenidən cinayət törətsə, cərimə 680 dollara qədər artacaq. Bundan əlavə, cadugərliklə məşğul olanlar üçün altı ayadək məcburi əmək növündə cəzanın tətbiqi nəzərdə tutulur.
İnci
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man