Rusiyalı deputata hücum edildi

Dünya 01 Noyabr 2024 | 14:57
OXUNUB: 2076

Anqarskda naməlum iki nəfər əlində beysbol dəyənəkləri ilə İrkutski deputatı Aleksandr Kuranova küçədə hücum edib.

 

Sfera.az xəbər verir ki, bu barədə "REN TV" öz Telegram kanalında məlumat verib.

 

Məlumata görə Kuranov bildirib ki, deputat küçədə telefonda danışarkən arxadan iki nəfər ona yaxınlaşıb və başına bir neçə dəfə zərbə vurub. Bundan sonra deputat yerə yıxılıb.

 

Onun sözlərinə görə, cinayətkarlar onu döyməyə davam edib. Onları yoldan keçənlər dayandırıb. Kuranov hücum edənlərin üzlərini görməyə imkan tapmadığını qeyd edib, lakin onların yetkin və güclü şəxslər olduğunu deyib.

 

Deputat bu hücumun onun deputat fəaliyyəti ilə əlaqəli olduğuna əmindir. "REN TV" ilə söhbətində o, hücumu sifarişli cinayət hesab etdiyini bildirib.

 

Hazırda vəziyyətinin normal olduğunu deyən Kuranov hadisədən sonra polisə müraciət edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man