Dünyanın ən ölümcül zəlzələlərindən biri 2004-cü il dekabrın 26-da Hind okeanında baş verib. 10 dəqiqə davam edən yeraltı təkanlar sonradan sunami dalğaları ilə bir çox ölkəni vurub.
Bəs bu zəlzələ niyə belə dağıdıcı olub?
Sfera.az bu haqda maraqlı yazı təqdim edir.
Hind okeanında Sumatra adasının qərb sahilində baş verən güclü zəlzələ 9,1-9,3 bal gücündə olub və sonradan nəhəng sunami yaradıb.
Zəlzələ dünyada qeydə alınan ən uzun zəlzələlərdən biri olub və yer düz 10 dəqiqə silkələnib.
Güclü zəlzələ Sumatra sahillərindəki sualtı qırılma xəttində baş verib. Onun törətdiyi sunami dəhşətli sürətlə İndoneziya, Tailand, Şri Lanka və Hindistan kimi bir çox ölkənin sahillərinə çatıb.
Cəmi bir neçə dəqiqə ərzində sahilyanı əraziləri su basıb, 230 mindən çox insan həyatını itirib, minlərlə kənd məhv olub.
Bu fəlakətdən ən çox zərər görən yer Sumatra olub. Nəhəng dalğalar şəhər və kəndləri xəritədən silib, insanlar evlərini, əzizlərini, həyatlarını itirib.
Zəlzələ və sunaminin bu qədər dağıdıcı olmasının səbəblərindən biri də bölgədə sunami xəbərdarlığı sistemlərinin qeyri-kafi olmasıdır.
2004-cü ildə Sumatra zəlzələsi bütün dünyada böyük oyanışa səbəb oldu. Bu fəlakətdən sonra sunami xəbərdarlığı sistemlərinin inkişafı və evakuasiya protokollarının təkmilləşdirilməsi üçün qlobal səylərə başlanıldı.
İndi bir çox sahil bölgələri belə bir fəlakətin təkrarlanmaması üçün daha yaxşı təchiz olunub.
Aysel
Sfera.az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man