Kanibalizmdə ittiham olunan aktyor filmlərə çəkiləcək - FOTO

Dünya 31 Oktyabr 2024 | 17:47
OXUNUB: 4000

Adamyeyənlikdə (kanibalizm) ittiham olunan Hollivud aktyoru Armi Hammer 3 ildən sonra ilk dəfə kino aktyorluğuna qayıdacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə “Deadline” nəşrinə istinadən məlumat yayılıb. Aktyor “Frontier Crucible” filmində çəkiləcək.

 

Filmdəki hadisələr 1870-ci illərdə Arizonada cərəyan edir. Film Vəhşi Qərbdə sağ qalmaq üçün qanundan kənar adamla ittifaq qurmağa məcbur olan keçmiş əsgərin hekayəsindən bəhs edəcək. Layihənin çəkilişlərinə başlanılması gələn ay nəzərdə tutulub.

 

2021-ci ilin yanvar ayında sosial şəbəkələrdə Hammerin məşuqələri ilə yazışmalarının skrinşotları peyda olmuşdu. Bu yazışmalarda sənətçi özünü adamyeyən adlandırdı və partnyorunu yemək, qanını içmək və döyünən ürəyini əlində tutmaq istədiyini bildirmişdi.

 

Vasif

Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man