"Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi yaxın vaxtlarda imzalanacaq".
Sfera.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə Avrasiya təhlükəsizliyi üzrə 2-ci Beynəlxalq Konfransın plenar iclasında deyib.
"Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilənin bağlanmasının yaxınlaşması Rusiya-İran münasibətlərini əhəmiyyətli dərəcədə gücləndirəcək. Qeyd etdiyim kimi, müqavilə yaxın gələcəkdə imzalanacaq", - Rusiyanın baş diplomatı bildirib.
Onun sözlərinə görə, müqavilə tərəflərin müdafiə sahəsində və həm regional, həm də qlobal səviyyədə sülh və təhlükəsizlik maraqları naminə daha sıx əməkdaşlığa sadiqliyini əks etdirəcək.
Qeyd edək ki, oktyabrın 23-də Kazanda keçirilən BRICS sammiti zamanı Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla görüşündə sazişin tezliklə bağlanacağını bəyan edib. İranın Rusiyadakı səfiri Kazım Cəlali daha əvvəl bildirmişdi ki, sənəd İran prezidentinin Rusiyaya ayrıca səfəri zamanı imzalanacaq.
Firuzə Əliyeva
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man