Qonq adlı gənc kumiri olan Kriştiano Ronaldo ilə görüşmək üçün yeddi ay Çindən Səudiyyə Ərəbistanına velosiped sürüb.
Sfera.az bildirir ki, kumirini görmək üçün velosiped sürmək ideyası Ronaldonun fevral ayında zədə səbəbindən Çinə səfərini ləğv etməsindən sonra yaranıb. Oğlan növbəti dəfə Ronaldonun Portuqaliyadakı məmləkətinə getməyi planlaşdırır.
24 yaşlı Qonq səyahətinə martın 18-də Çinin şərqindəki Anhui əyalətindən başlayıb. Bu müddət ərzində o, Ronaldonun qaldığı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada çatana qədər Qazaxıstan, Gürcüstan, Ermənistan, İran, Qətər və bir neçə başqa ölkədən keçib.
Ərzaq qiymətlərinin baha olduğu bəzi ölkələrdə o, sadəcə çörək yeyib. Qonq yerli sakinlərlə ünsiyyət qurmaq üçün tərcümə proqramından istifadə edib.
Avqust ayında Ermənistanda yüksək hərarəti yaranıb və yolun kənarında huşunu itirib. O,müalicə üçün xəstəxanaya göndərilib.
Ümumilikdə Qonq Ronaldonu görmək üçün 13.000 kilometr yol qət edib.
Özü ilə götürdüyü isə 2 ədəd enerji bankı, çadır, mətbəx əşyaları, paltar və bəzi zəruri əşyalar olub.
Oktyabrın 20-də Qonq Ronaldo ilə "Əl-Nəsr" Futbol Klubunun qarşısında görüşərək uşaqlıqdan bəri qurduğu arzusunu həyata keçirib.
Qonq kumirini öz gözləri ilə görməkdən çox xoşbəxt olduğunu bildirib.
Oğlanın sözlərinə görə, Ronaldo ilə təxminən bir dəqiqə davam edən görüşdə futbolçu onun əlini sıxıb, qucaqlayıb, üzərində 7 nömrəli “Əl-Nəsr” yazılmış köynək və üzərində adlarının yazılmış pankarta imza atıb.
Qonq bildirib ki, Ronaldonun davranışı, göstərdiyi diqqət və qayğı, mehribanlıq onu həddindən artıq xoşbəxt edib və duyğulandırıb.
Aysel
Sfera.az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man