“Vitse-prezident Kamala Harris ABŞ prezident seçkilərində tarixin ən uğursuz demokrat namizədidir”.
Sfera.az xəbər verir ki, bu fikri ABŞ prezidentliyinə keçmiş müstəqil namizəd kiçik Robert Kennedi İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində bildirib.
"Harris, yəqin ki, tariximizin prezidentliyə ən uğursuz namizədidir. Amerikalılar Co Baydendən dəyişiklik istəyirlər və Harris isə heç kəsi onun bu dəyişikliyi həyata keçirməyə qadir olduğuna inandıra bilmədi. O, lazım olduğu vaxt hərbi aparat və ya kəşfiyyat orqanlarının qarşısında dayana biləcək lider deyil. Harris hazır mətn olmadan danışa bilməz. O, miqrasiya probleminin öhdəsindən gələ bilməyəcəyini, eyni zamanda inflyasiyaya nəzarət edə bilməyəcəyini də nümayiş etdirdi”, - Kennedi qeyd edib.
O, Respublikaçılar Partiyasının namizədi Donald Trampın qələbəsini proqnozlaşdırdığını deyib. Siyasətçi hesab edir ki, demokratlar elitanın siyasi rıçağına çevrilib, respublikaçılar isə xalqın əsl nümayəndələridir.
Qeyd edək ki, avqust ayında Kennedi müstəqil namizəd kimi ABŞ prezidentliyi uğrunda yarışı dayandırdığını və Trampı dəstəklədiyini açıqlayıb. Kennedi bildirib ki, Trampla həyati vacib məsələlərdə, o cümlədən Ukraynadakı münaqişənin dayandırılması zərurəti ilə bağlı mövqeləri üst-üstə düşür.
Firuzə Əliyeva
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man