İran hakimiyyəti “İPhone” smartfonlarının idxalına qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin informasiya və kommunikasiya texnologiyaları naziri Səttar Haşimi məlumat verib.
“Bu gün biz Nazirlər Kabinetindən məhdudiyyətlərin aradan qaldırılması üçün hüquqi məsələlər üzrə razılıq ala bildik. “İPhone” idxalı ilə bağlı təfərrüatlar və qaydalar tezliklə açıqlanacaq”, - Haşimi bildirib.
Qeyd edək ki, mayın 30-da İran gömrüyü ölkəyə istənilən nəsil “İPhone” smartfonlarının idxalına qadağa tətbiq edilməsi ilə bağlı bəyanat yaymışdı.Həmçinin 2017-ci ildə “Apple” korporasiyası ABŞ-nin İrana qarşı tətbiq etdiyi sanksiyalara görə iranlı tərtibatçıların bütün mobil proqramlarını “App Store” tətbiqindən silib.
Firuzə Əliyeva
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man