Avropa İttifaqı Çindən idxal edilən bəzi elektrik mühərrikli avtomobillərə (elektromobil) görə 45,3 faiz rüsum alacaq. Buna səbəb Çində elektromobil istehsalına dövlətin subsidiya verməsi və bu dəstəyin hesabına avtomobillərin maya dəyərinin aşağı düşməsidir.
Sfera.az “Reuters”ə istinadən xəbər verir ki, Avropa İttifaqı eləcə də “Tesla” üçün 7,8%, Çinin SAIC firmasının avtomobilləri üçün 35,3% əlavə rüsumlar tətbiq edəcək.
Əlavə tariflər rəsmi olaraq təsdiqlənib və çərşənbə axşamı Avropa İttifaqının rəsmi jurnalında dərc edilib. Qərar bu gündən qüvvəyə minib.
Avropa İttifaqı ticarət siyasətinə nəzarət edən Komissiya bildirib ki, tətbiq ediləcək tariflər Çində həyata keçirilən ədalətsiz subsidiyalar, o cümlədən güzəştli maliyyələşdirmə və qrantlar, habelə bazar qiymətlərindən aşağı olan torpaq, akkumulyatorlar və xammallarla mübarizə üçün lazım olacaq.
Bu qərarla bağlı Çin Ticarət Nazirliyi də açıqlama verib. Çin tərəfi bu qərarla razılaşmadığını və onu qəbul etmədiyini bəyan edib.
Vasif
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man